“Qalatasaray”ın Bakıya gətirdiyi ulduz gileyləndi: Salam vermədilər

“Qalatasaray”ın Bakıya gətirdiyi ulduz gileyləndi: Salam vermədilər backend

“Qalatasaray”ın yarımmüdafiəçisi Nikolo Zaniolo “Roma”dan ayrılması haqda danışıb.

“Mən yerinə yetirilməyən vədlər haqqında saatlarla danışa bilərəm. Azarkeşlər məni satqın adlandırdılar? Əslində, təkcə “Bornmut” və “Qalatasaray”dan təkliflər var idi, İngiltərəni seçmədiyim üçün məni qovdular, azarkeşlər də məndən qisas aldılar.

Yalnız buna görə təəssüflənirəm. Çünki Roma mənə hər şey verdi. Millidə debüt etdim, oğlum orada doğuldu.

Bu vəziyyətə düşmək mənə böyük zərbə oldu. Keçmiş komanda yoldaşlarım məni məyus etdilər. Ad çəkməyəcəm, amma əvvəlcə dedilər ki, biz qardaş kimiyik, sonra salam belə vermədilər”, – deyə “La Gazzetta dello Sport” Zaniolodan sitat gətirir.

Zaniolo qış transfer pəncərəsində İtaliya klubundan ayrılaraq 2027-ci ilin yayına kimi “Qalatasaray”la anlaşıb. “Transfermarkt”ın məlumatına görə, 23 yaşlı futbolçunun transferi “Qalatasaray”a 15 milyon avroya başa gəlib

 

 

Diaspora