Ronaldo dünya rekorduna imza atdı

Ronaldo dünya rekorduna imza atdı backend

Portuqaliyalı hücumçu Kristiano Ronaldo dünya rekorduna imza ataraq, milli komandanın heyətində ən çox oyun keçirən futbolçu ünvanına sahib olub.

QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, 38 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə oyuna ilk 11-də başlayıb. Bu, onun millidə 197-ci oyunudur. Hazırda oyun davam edir.

Ronaldo Portuqaliya millisinin tərkibində 2016-cı ildə Avropa çempionatının qalibi, qitə çempionatının gümüş və bürünc mükafatçısı, həmçinin 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

Qeyd edək ki, Ronaldoya qədər Küveyt yığmasında 196 oyun keçirən Bader əl-Mutavanı siyahıya başçılıq edirdi.

 

 

 

Diaspora