Fransa millisinin keçmiş futbolçusu Kristof Düqarri PSJ-nin hücumçusu Lionel Messinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
QAZİLER.A Lent.az-a istinadla verdiyi xəbərə görə, daha əvvəl bildirilirdi ki, 35 yaşlı futbolçu ilə parislilər yeni müqaviləyə əsasən futbolçunun maaşı ilə bağlı razılığa gələ bilmirlər.
“Bu hekayədə Messinin bu haqda nə düşündüyünü eşitmək istəyirəm. Bu oğlan nə istəyir? Müəyyən bir məqamda o, nəticələri yekunlaşdırmalıdır, müqavilə ilə bağlı vəziyyət haqqında danışmalıdır. Onun bizə PSJ-ni sevdiyini, son həftələrdəki çıxışlarının filan səbəbə görə daha az uğurlu olmasına sevindiyini, hələ də ən yaxşısını göstərəcək gücü olduğuna inandığını izah etməlidir...
Təbii ki, çıxışlarına görə klubun onunla müqaviləni uzatmaq istəyəcəyini söyləmək olmaz, oyununun səviyyəsinə uyğun olmadığı açıq-aydın görünür. Bütün bunlardan sonra sual qalır - Messi niyə buradadır? O, marketinq üçün, köynəklər, tamaşalar üçün buradadır?” – Düqarri vurğulayıb.
Argentinalının Paris komandası ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi hesablanıb. Bu mövsüm o, PSJ-nin heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə verib.