Sərbəst güləşçilərimiz həlledici görüşlərdə ermənilərlə ÜZ-ÜZƏ

Sərbəst güləşçilərimiz həlledici görüşlərdə ermənilərlə ÜZ-ÜZƏ backend

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatında 3 sərbəst güləşçimiz finala çıxıb.

QAZİLER.AZ Lent.az-a istinadən xəbər verir ki, Rəşid Babazadə (65 kq) həlledici görüşdə Fransanı təmsil edən dağıstanlı Həmzət Arsamerzoyevlə üz-üzə gələcək.

Məhəmməd-Bəşir Xanıyev (70 kq) finalda ermənistanlı Hayk Papikyanla qarşılaşacaq.

İslam İlyasov (97 kq) ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının finalına yüksəlib. İslam titulunu qorumaq üçün türkiyəli Oktay Çiftçiyə qalib gəlməlidir.

Həmçinin, Nurəddin Novruzov (57 kq) bürünc medal uğrunda Rafal Şevç (Polşa) – Edik Harutyunyan (Ermənistan) görüşünün qalibiylə güləşəcək.

Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal uğrunda ermənistanlı Narek Qriqoryanla qarşılaşacaq.

Qeyd edək ki, bu çəkilərdə medallar uğrunda qarşılaşmalar martın 18-də Bakı vaxtı ilə 20:00-da başlayacaq.

 

 

Diaspora