Kriştianu Ronaldu Çempionlar Liqasında 80 qol vurub

Kriştianu Ronaldu Çempionlar Liqasında 80 qol vurub backend

Madridin “Real” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu turnirdə vurulmuş qolların sayına görə çempionlar liqası rekordunu təzələyib. O, Avropa kubokunun qrup raundunun birinci turunda klubun öz meydanında Donetskin “Şaxtyor” komandasına qarşı keçirdiyi matçda het-trik rəsmiləşdirib. 4:0 hesabı ilə başa çatmış bu matçda Ronaldu 55-ci, 63-cü və 81-ci dəqiqələrdə fərqlənib.



Beləliklə 30 yaşlı Kriştianu çempionlar liqasında 115 matçda 80 qol vurub və liqanının ən yaxşı snayperləri arasında birinci yerə çıxıb.

Ronaldunun əsas rəqibi “Barselona”nın hücumçusu Lionel Messinin aktivində 97 oyunda vurulmuş 77 qol var. Çərşənbə günü çempionlar liqasının qrup mərhələsinin start matçında Messi Ronalduya çatmaq şansına malikdir. Bu gün kataloniyalılar səfərdə “Roma” ilə qarşılaşacaqlar.

Bir məqamı qeyd etməmək olmaz ki, son iki matçda Kriştuanu Ronaldu düz səkkiz qol vurub. Xatırladaq ki, İspaniya çempionatının sonuncu matçında “Espanyol” komandası ilə görüşdə (6:0) Ronaldu penta –trikə nail olub

Ronaldu Primerada 230 qol, reytinqin lideri Lionel Messi isə 286 qol vurub.
Diaspora