Maykl Cordanın ayaqqabıları hərraca çıxarılacaq - FOTO

Maykl Cordanın ayaqqabıları hərraca çıxarılacaq - FOTO backend

Əfsanəvi amerikalı basketbolçu Maykl Cordanın 1998-ci ildə Amerika Basketbol Liqasının (NBA) ikinci final oyununda geyindiyi idman ayaqqabısı hərraca çıxarılacaq.

Qaziler.az xəbər verir ki, bu barədə dünyanın ən əhəmiyyətli auksion şirkətlərindən biri olan “Sotheby” tərəfindən açıqlama da verilib. Bildirilib ki, Cordanın sonuncu dəfə “Chicago Bulls” formasını geyindiyi və karyerasında 6-cı dəfə çempion olması şərəfi ilə “Son rəqs” adıyla idman tarixinə düşən həmin sezonda geyindiyi ayaqqabılar 3-11 aprel tarixlərində satışa çıxarılacaq.

Ulduz basketbolçunun karyerası boyunca geyindiyi ikonik 23 nömrəli ayaqqabıların 2-4 milyon dollar arasında rekord qiymətə alıcı tapacağı gözlənilir.

Proqnozlar özünü doğrultsa, Jordanın ayaqqabıları dünyada ən baha satılan idman ayaqqabısı olacaq.

Qeyd edək ki, ötən ilin sentyabrında “Sotheby” tərəfindən də keçirilən hərracda Maykl Cordanın 1998-ci ildə NBA Finallarında geyindiyi forması rekord qiymətə, 10,1 milyon dollara satılıb.

QAZİLER.AZ

Diaspora