Ağdamın “Qarabağ” futbol komandası İngiltərədədir.
Klubdan AZƏRTAC-a bildiriblər ki, futbol üzrə Avropa Liqasının qrup mərhələsində İngiltərənin “Tottenham” komandası ilə qarşılaşacaq Azərbaycan çempionu beş saatlıq uçuşdan sonra London şəhərinə çatıb.
Sentyabrın 16-da komandamız oyunun keçiriləcəyi arenada sonuncu məşqinə çıxacaq.
Qeyd edək ki, “Tottenham”–“Qarabağ” oyununun baş hakimi isveçrəli Adrien Yakkottet olacaq. Ona həmyerliləri Rafael Zeder, Vital Jobin və Yohannes Voqel kömək edəcəklər. Sentyabrın 17-də "Vayt Hart Leyn" stadionunda keçiriləcək "Tottenhem"-"Qarabağ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.