Martın 12-də Bakıda Milli Gimnastika Arenasında Idman Gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının final günü başa çatıb.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, final günü finalçılar arasında çətin mübarizə ilə yadda qalıb. Yarışlar emosiyaların intensivliyi və qələbə sevinci ilə səciyyələnirdi.
Qeyd edək ki, 9-12 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında Idman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilib. Yarışda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edib.
Dünya Kubokunda azərbaycanlı gimnast Nikita Simonov halqa ilə hərəkətlərdə qızıl medal qazanıb.