Ərəblər klunumuzu idarə etməsin
"Nyukasl" azarkeşləri klubun səudiyyə ərəbistanlı sahibləri ilə bağlı açıqlama yayıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, ABŞ-da İngiltərə klubunun səhmlərinə nəzarət paketinə sahib olan Dövlət İnvestisiya Fondu ilə bağlı məhkəmə prosesi zamanı məlum olub ki, fond və klubun rəhbəri Yaser Əl-Rumayyan birbaşa Səudiyyə hökumətinə bağlı şəxslərdən biridir. Bu informasiyadan sonra Nyukasl Azarkeşlər Assosiasiyası (NAA) bəyanat yayıb. Fanatlar klubun hansısa dövlətə bağlı fond tərəfindən idarə edilməsinə etiraz ediblər:
"Biz əvvəlcədən bildirmişdik ki, Premyer Liqa bu razılaşmanın baş tutmasına icazə verməməlidir. Çünki bu, suveren bir dövlətin "Nyukasl"a nəzarət edəcəyi anlamına gəlirdi. Bu xəbər o deməkdir ki, Səudiyyə Ərəbistanı hökuməti klubun işinə müdaxilə edə bilər. Premyer Liqanın bu barədə verdiyi zəmanət həqiqətə uyğun deyil. Çünki məhkəmədə Yaser Əl-Rumayyanın hökumətin nümayəndəsi olduğu müəyyən edilib.
NAA olaraq bütün azarkeş qruplarını və siyasi nümayəndələri sükutu pozmağa çağırırıq. Premyer Liqaya "Nyukasl"ın hazırkı sahibini yenidən nəzərdən keçirmək üçün təzyiq edin. Onlar insan haqlarını kobud şəkildə pozduqlarına görə klubumuza sahib ola bilməzlər. Səudiyyə Ərəbistanı hökumətinin klubun idarəçiliyinə heç bir şəkildə qarışmayacağına dair verdikləri vədlərin və zəmanətlərin yalan olduğu artıq sübuta yetirilib”.
Qeyd edək ki, "Nyukasl"ın səhmləri 2021-ci ilin sonlarında Səduiyyə Ərəbistanın Dövlət İnvestisiya Fondu tərəfindən 300 milyon funt sterlinqə alınıb.