Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş "Strandja" beynəlxalq turnirini 2 medalla başa vurublar.
Federasiyadan verilən məlumata görə, qadınların mübarizəsində Aynur Rzayeva (+81 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, finalda Aqata Kajmarskaya (Polşa) məğlub olduğundan gümüş medalla kifayətlənib.
Kişilərin yarışında isə Məhəmməd Abdullayev (+92 kq) 3-cü yeri tutub.
Qeyd edək ki, turnirdə 40-a qədər ölkədən 398 idmançı (256 kişi, 142 qadın) qüvvəsini sınayıb. (report.az)