Baş məşqçi bəzi məqamlara toxundu
"Sivasspor” UEFA Avropa Konfrans Liqasının 1/8 finalında İtaliya “Fiorentina”sı ilə qarşılaşıb. "Sivasspor"un baş məşqçisi Rza Çalımbay "Fiorentina" ilə oyunu şərh edib. Çalımbay deyib: “Bizə püşkatmada ən güclü komandalardan biri düşdü. Amma komandama güvənirəm. İnanıram ki, uğur qazanacağıq. Məni narahat edən yeganə şey liqa matçlarından sonra aldığımız mənəvi zərbədir. Zəlzələdən sonra hamımız psixoloji olaraq çökmüşük. Amma mən ölkəmlə fəxr edirəm. Bütün dünya bizim yardımlaşmağımızın şahidi oldu. Biz öz həmvətənlərimizə əlimizdən gələn köməkliyi etdik"- deyə, bildirib.
Təcrübəli məşqçi : “Sivasspor təvazökar komandadır, istədiyimiz oyunçunu ala bilmirik. Başakşehirə baxın, bizə baxın. Amma bütün bunlara baxmayaraq biz üç il dalbadal Avropaya gedirik. Bunun heç bir izahı yoxdur. Hətta böyük komandalar da o yarışa qatıla bilmir. Bizim etdiyimiz ölkə idmanı üçün böyük bir işdir”,-deyə, fikrini yekunlaşdırıb.
QAZİLER.AZ