Roman Kostomarovun səhhəti haqda pis xəbərlər gəlməkdədir
Buz üstə rəqs ilə məşğul olan Roman Kostomarovun səhhəti ilə bağlı hər gün müxtəlif mənbələrdən xeli məlumatlar verilir. Lakin bu məlumatların heç biri bir-birini təsdiqləmir. Ən qəribəsi də odur ki, öz yaxınları idmançının səhhəti ilə bağlı heç bir məlumat vermirlər, əksinə susurlar.
Hətta bu yaxınlarda Kostomarovun ayaqlarının kəsiıdiyi haqqında da mətbuata məlumat sızmışdı. Lakin qohumları bu cür ciddi xəbərlə bağlı da heş bir açıqlama vermədi.
Bu gün RF Dumasının üzvü Svetıana Jurova bu məsələyə aydınlıq gətirib. Deputat bildirib ki, şəxsən mən bu xəbərlərin doğruluğuna inanmıram. Əgər belə bir şey olsaydı yaxınları bir məlumat verərdi.
Deputat üzünü Kostomorovun pərəstişkarlarına tutaraq deyib ki, gəlin hamımız dua edək ki, Romanın səhhəti tezliklə düzəlsin, Allah eləsin deyilən pis xəbərlər yalan olsun.
Xatırladaq ki, Kostomarovun beynində şişlərin əmələ gəlib, inkişaf etdiyi haqda məlumat verilmişdi.
QAZİLER.AZ