Yaralı azarkeş sevimli komandasının üzvləri ilə görüşdü
Kahramanmaraşda baş verən 7.6 və 7.7 bal gücündə baş verən zəlzələdə minlərlə insan dağıntılar altında qaldı. Faciə səhər tezdən baş verdiyindən insan itkisi çox olub. Bu günə qədər də dağıntılar altından yaralılar çıxaeılmaqdadır.
Xəbər verdiyimiz kimi Türkiyədə yaralılara dəstək məqsədilə qanvermə aksiyası keçirilmişdi. Aksiya futbol azarkeşlərinə müraciətdən sonra başlamışdı.
Fenerbaxça Futbol Klubunun baş məşqçisi Xorxe Xesus da bu aksiyada iştirak edib. O, bu addımın təqdirəlayiq olduğunu bildirərək qeyd edib ki, bu ağır günlərdə hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Hərəmiz öz imkanımıza uyğun yardım etməliyik. İnsan kiməsə kömək, yardım edəndə özünü xoşbəxt hiss edir.
Xəstəxanada bizim futbolçular zəlzələdə bütün ailəsini itirən Mehmet Akif Ağca ilə görüşüb. Yaralı öz sevimli futbol komandasının oyunçuları ilə görüşə çox sevinib. Biz şad olduq ki, ailəsini, doğmalarını itirən bir insanın sevincinə şərik olduq. Bu aksiyalar yaramız sağalana qədər davam etməlidir.
QAZİLER.AZ