O, bu haqda sosial media hesabında paylaşım etdi
Türkiyə Cümhuriyyəti Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu bütün komandaların azarkeşlərini zəlzələdə zərərçəkmiş, yaralanmış soydaşlarına yardım etməyə çağırdı.
Nazir, azarkeşləri Fənərbaxça və Qırmızı Aypara Cəmiyyətinin Ülkər stadionunda birgə keçirdiyi qanvermə aksiyasında iştirak etməyə səslədi.
Kasapoğlu öz sosial media hesabında :" Çətin günlərdə birlik olmaq qanımızda var. Bütün azarkeşlərimizi Ülkər stadionunda Fenerbaxça Şükrü Saraçoğlu İdman Kompleksinə dəvət edirəm"- mesajı paylaşıb.
QAZİLER.AZ