Futbolçulara dəstək davam edir
Antalyaspor öz komandasında yeni oyunçu ilə sezona başlayacaq. Verilən məlumata görə komanda Hatayspordan Bertuğ Yıldırımı kiralıq olaraq alıb. Gənc oyunçunun bu gün İstanbuldan Antalyaya gedəcəyi bildirilib. Hatayspordan alınan oyunçu ilə yeni sezona qədər müqavilə imzalanacaq.
Qeyd edək ki, Kahramanmaraşda baş verən zəlzələdə dağılan şəhərlərdən biri də Hataydır. Məhz bu səbəbdən futbol klubları Hataysporun futbolçularına dəstək məqsədilə onları öz komandalarına dəvət edirlər.
Bu haqda Antalyasporun rəhbəri Aziz Çetin məlumatı təsdiqləyərək bildirib ki, gənc oyunçu bu gün təyyarə ilə gələcək və kiralandığı haqda müqavilələri imzalayacaq. Transfer işlərimiz davam edir. İndiyə qədər komandamıza qapıçı Helton Leite, Erdal Rakip və Doğukan Sınıkı transfer etmişik. Hələ bundan sonra Balint Szabo da gələcək,- deyə, bildirib.
Gün sonuna qədər isə transferlər haqqında məlumat yeniləndi. Türkiyə mətbuatı Macarıstan komandasının formasını geyən Balint Szabo ilə də müqavilə imzalandığını bildirdi. Transfer olunan hər iki futbolçu yeni sezona qədər Antalyasporun formasını geyəcəklər
QAZİLER.AZ