İdmançılar voleybol komandasının üzvləridir
Kahramanmaraşda baş verən dəhşətli zəlzələdə 4 nəfər idmançının həlak olduğu bildirilib. Verilən məlumata görə 2-ci Liga Qadın Voleybol komandasının 4 üzvü zəlzələdə həlak olub.
Bu haqda Türkiyə Voleybol Federasiyasından açıqlama verilib. Açıqlamada deyilir:" Rasus Kimya Hatay Voleybol Komandasının oyunçuları Gözdə Öztürk, Ahsen Baş, Dilek Mucuk, İrem Kurtoğlu baş vermiş zəlzələdə həyatlarınş itiriblər. Federasiyamız adından idmançılarımızın və zəlzələdə həlak olan bütün soydaşlarımızın ailələrinə, yaxınlarına baş sağlığı veririk, yaralılara isə Allahdan şəfa diləyirik."
QAZİLER. AZ