Tofiq Bəhramov stadionunun direktoru vəzifəsindən azad edildi

Tofiq Bəhramov stadionunun direktoru vəzifəsindən azad edildi backend

Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov vəzifəsindən azad edilib. Məlumatı Trend-ə açıqlamasında təsdiqləyən Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova qeyd edib ki, A.İsmayılov öz istəyi ilə postundan gedib.

O, qeyd edib ki, A.İsmayılovun səhhəti ona işləməyə imkan vermədiyindən ərizə ilə bizə müraciət edib: “Akif müəllimin ərizəsinə baxılıb və istefası qəbul olunub. Həmin vəzifəyə kimin gələcəyi bilinmir. Yaxın günlərdə bu barədə məlumat olan kimi mətbuata açıqlama veriləcək”.

Qeyd edək ki, son zamanlar Respublika stadionunun durumu ilə bağlı ciddi və haqlı narazılıqlar vardı.
Diaspora