Britaniya polisi 34 il sonra futbol faciəsinə görə üzr istədi - FOTOLAR

Britaniya polisi 34 il sonra futbol faciəsinə görə üzr istədi - FOTOLAR backend

Polis Akademiyası və Milli Polis Rəisləri Şurası 1989-cu ildə İngiltərədə “Liverpul” azarkeşi 97 nəfərin ölümünə səbəb olan izdihama görə 34 il sonra üzr istəyib.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, polis akademiyasının baş direktoru Endi Marş "Səhv hərəkət etdiyimiz üçün üzr istəyirik" deyib.

Qeyd edilib ki, 15 aprel 1989-cu ildə İngiltərədə “Nottingem Forest” və “Liverpul” arasında oynanılması planlaşdırılan FA Kubokunun yarımfinal matçından əvvəl “Hillsborough” stadionunda izdiham baş verib. Hadisə zamanı 766 nəfər yaralanıb, 97 nəfər isə faciəvi şəkildə ölüb.

Sözügedən izdihamla bağlı 2017-ci ildə dərc edilən “Hillsborough Families”in hesabatında bu fəlakətin polis səhvləri nəticəsində baş verdiyi bildirilib.

Beləliklə, Polis Kolleci və Polis Rəisləri Milli Şurası (NPCC) faciədən 34 il sonra üzr istəyib.

“Səhv hərəkət etdiyimiz üçün üzr istəyirik. Həmin gün baş verən faciənin əsas səbəbi polis qüvvələri olub. Biz bilirik ki, faciənin zərərçəkənlərin həyatına təsiri hələ də davam etməkdədir”, - deyə Endi Marş açıqlamasında deyib.

QAZİLER.AZ

Diaspora