Fevralın 13-dən etibarən İspaniyanın Tarragona şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz İspaniyanın “Pardinyes” klubunun U-21 komandası ilə qarşılaşıb. Matç millimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.Sevinc Cəfərzadənin dubl etdiyi oyunda digər qolun müəllifi Nərgiz Hacıyeva olub.