"Real Madrid"-in hücumçusu Ronaldo meneceri vasitəsi ilə Türkiyəyə mesaj yolladı. ANS PRESS-in məlumatına görə, bu barədə futbolçunun meneceri Xorxe Mendes "Fanatik" qəzetinə verdiyi müsahibə zamanı deyib. Futbolçunun meneceri qeyd edib ki, Ronaldo Türkiyəni və türkləri çox sevir və baş verən hadisələrlə bağlı türklərlə eyni hissləri keçirdiyini və onların dərdlərini bölüşdüyünü bildirib.
Futbolçunun meneceri onu da əlavə edib ki, Ronaldonun Türkiyədə baş verən hadisələrdən tam xəbəri var. Lakin onun baş verənlərlə bağlı sosial mediada heç bir reaksiya verməməyi bu hadisələrə biganə olmağının göstəricisi deyil. "Sadəcə “Real” klubu futbolçunun sosial şəbəkələrdə səhifələrini satın alıb. Buna görə də hansısa məlumatı yerləşdirməzdən öncə onun klub tərəfindən təsdiq olunması lazım gəlir."