Görüş 5:4 hesabı ilə başa çatıb
Fransanın “Paris Sen-Jermen” komandası yoldaşlıq görüşündə Ər-Riyad millisini məğlub edib. Səudiyyə Ərəbistanının paytaxtının “Kral Fəhd” stadionunda keçirilən görüş 5:4 hesabı ilə başa çatıb.
Artıq üçüncü dəqiqədə Neymarın ötürməsindən fərqlənən PSJ-nin hücumçusu Lionel Messi matçda hesabı açıb. Səudiyyəlilərin kapitanı Kriştiano Ronaldo 34-cü dəqiqədə penaltidən hesabı bərabərləşdirib (1:1).
Görüşün birinci hissəsinin sonlarına yaxın parisliləri müdafiəçi Markinyos irəli çıxardı (2:1), lakin fasilədən əvvəl Ronaldo yenidən tabloda bərabərliyi təmin etdi (2:2), Neymar qolu çevirmədi.
53-cü dəqiqədə PSJ-nin müdafiəçisi Serxio Ramos Avropa klubunu görüşdə üçüncü dəfə hesabda irəli çıxsa da (3:2), lakin üç dəqiqə sonra hesab yenidən bərabərləşdi - Canq Hyun-soo qola imza atdı (3:3).
60-cı dəqiqədə Kilian Mbappe nöqtəyə yaxınlaşaraq PSJ-nin heyətində dördüncü qolu vurub (4:3). 78-ci dəqiqədə fransalı hücumçu Uqo Ekitike dubl edib (5:3). Artıq əsas vaxtda Anderson Taliska yekun hesabı təyin edib - 5:4.
Media daha əvvəl PSJ-nin Səudiyyə ulduzları ilə matça görə 10 milyon avrodan çox qazanacağını yazmışdı.
Daha əvvəl Daily Mail Ronaldonun "baş ağrısı" haqda məlumat vermişdi.
"QAZİLER.AZ"