Futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç istefa verib. AZƏRTAC xəbər verir ki,Mütəxəssis 2013-cü ildən millinin baş məşqçisi idi.
Hazırda Xorvatiya Avropa çempionatının seçmə mərhələsində millimizin də yer aldığı qrupda 3-cü pillədədir. Son həftə keçirilən oyunlarda Xorvatiya millimizlə heç-heçə (0:0) etmiş və Norveç kollektivinə məğlub olmuşdu (0:2).