21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında 17 futbolçu iştirak edəcək.
Yaşar Vahabzadə hazırlıqlara Almaniyadan 2, Türkiyədən 1 oyunçu da dəvət edib: Elşən Abdullayev, Rahil Məmmədov, Elvin Bədəlov, Samir Məsimov (hamısı “Neftçi”), Azər Salahlı, Fuad Bayramov, Abbas Hüseynov (hamısı “İnter”), Vüqar Mustafayev, Rəşad Əzizli, Vadim Abdullayev (hamısı “Simurq”), Şahrudin Maqomedaliyev, Cəmil Hacıyev (hər ikisi “Sumqayıt”), Azad Kərimov (“Bakı”), Tellur Mütəllimov (“Qəbələ”), Taşkın İlter (“Ayntraxt”, Braunşveyq, Almaniya), Bilal Sezer (“Borussiua” Mönhenqladbax, Almaniya), Deniz Topçu (“Əskişəhərspor”, Türkiyə).Legionerlərdən ikisi - Bilal Sezer və Taşkin İlter komandaya fevralın 22-də qoşulacaq.
Digər legioner Deniz Topçu isə yığmamızın heyətində yeni simadı. Türk əsilli almaniyalı futbolçu “Əskişəhərspor”un üzvüdü.