Bu döyüşdə Rusiya təmsilçisi ukraynalıya uduzub.
Qaziler.az zn.ua-ya istinadən bildirir ki, Ukraynanın Avstraliyadakı səfiri Vasili Miroşniçenko "Australian Open-2023" təşkilatçılarını matçlardan birində Rusiya bayrağının nümayişinə münasibət bildirməyə çağırıb.
qeyd edək ki, ukraynalı Katerina Bayndl turnirin ilk turunda rusiyalı Kamilla Raximovaya (7:5, 6:7, 6:1) qalib gəlib və Rusiya Federasiyasının bayrağı kort yaxınlığında görünüb.
"Mən ukraynalı tennisçi Katerina Beyndlin bu gün "Australian Open-2023" Çempionatında oyunu zamanı Rusiya bayrağının nümayiş etdirilməsini qətiyyətlə pisləyirəm, "Tennis Australia"nı dərhal "neytral bayraq" siyasətini tətbiq etməyə çağırıram", - Miroşniçenko tvitter hesabında yazıb.
Xatırladaq ki, Rusiya və Belarus tennisçiləri Melburndakı turnirə neytral statusda - milli rəmzləri nümayiş etdirmədən buraxılıblar.
QAZİLER.AZ