Messi Avropanı tərk edə bilər - KİV

Messi Avropanı tərk edə bilər - KİV backend

Ronaldonun bir neçə gün əvvəl azad agent kimi müqavilə bağladığı Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun rəqibi Lionel Messi ilə maraqlanır.

Qaziler.az-ın məlumatına görə, "Mundo Deportivo" xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu PSJ və Argentina millisinin hücumçusu Lionel Messini heyətinə qatmaq niyyətindədir.

Mənbənin sözlərinə görə, klub ulduz futbolçuya ildə 300 milyon dollar civarında gəlir verməyə hazırdır.

Qeyd edək ki, daha əvvəl “Əl-Nasr” ildə 200 milyon dollar qazanacaq portuqaliyalı hücumçu Kriştianu Ronaldonu transfer edib. Bu, futbol tarixində rekord göstəricidir.

Səudiyyə Ərəbistanı yüksək səviyyəli transferlərlə milli çempionatın populyarlığını artırmaq və Misir və Yunanıstanla birlikdə 2030-cu il dünya çempionatına ev sahibliyi etmək şansını artırmaq istəyir.

QAZİLER.AZ

 

Diaspora