Ən böyük tennis turnirlərindən biri Ukraynaya yardım üçün pul topladı

Ən böyük tennis turnirlərindən biri Ukraynaya yardım üçün pul topladı backend

Yarışlar Avstraliyada keçirilir.

Qaziler.az zn.ua-ya istinadən bildirir ki,tennis üzrə Avstraliya açıq çempionatının təşkilatçıları “Tennis Plays For Peace” xeyriyyə aksiyası keçirib.

Tədbir zamanı bir neçə xeyriyyə matçı keçirilib. Onlardan birində ukraynalı Marta Kostyuk Rafael Nadalla Aleks De Minaura və ukraynalı Dayana Yastremskaya qarşı oynayıb.

Matçdan əvvəl Elina Svitolinanın Ukraynaya dəstək üçün ianə verməyə çağırdığı videomüraciəti nümayiş etdirilib.

Bildirilir ki, “Australian Open”in təşkilatçıları artıq 200 min dollardan çox vəsait toplayıblar və bu məbləğ hələ də arta bilər.

Bütün vəsait YUNESKO və "Qlobal Giving" vasitəsilə Ukraynanın humanitar ehtiyaclarına yönəldiləcək.

"Australian Open-20232 yanvarın 16-dan 29-dək Melburnda keçiriləcək. Bu, yeni mövsümün ilk Böyük Dəbilqə turniridir.

QAZİLER.AZ

Diaspora