Kriştiano Ronaldo bu gün yeni komandası “Əl Nəsr” ilə ilk matçına çıxa bilməyib.
Qaziler.az TRT Spor-a istinadla xəbər verir ki, portuqaliyalı futbolçunun “Manchester United”dən 2 oyunluq cəza alması onu azarkeşlərlə görüşünü gecikdirir. Belə ki, ulduz futbolçu yeni komandası ilə matça 2 həftədən sonra çıxa biləcək.
Xatırladaq ki, Ronaldo “Manchester United”də oynayarkən yaşadığı hadisə Səudiyyə Ərəbistanında da baş verib. 37 yaşlı oyunçu “Everton”la oyun zamanı tunelə gedərkən rəqib azarkeşin əlinə vurub. Mobil telefonu qırılan azarkeş Ronaldonun üzrxahlığını qəbul etməyib. Bu hadisədən sonra Ronaldo 2 oyunluq cəzalandırılıb.
Beləliklə, Ronaldo “Manchester United”dən ayrılsa da, cəzadan qurtula bilməyib. O, yanvarın 5-də oynanılan və biletləri satılan “Al Taee” matçında, həmçinin “Əl Şabab”ın səfərində oynaya bilməyəcək. Ulduz ilk oyununa yanvarın 21-də “Əl İttifaq”a qarşı çıxacaq.
QAZİLER.AZ