Ronaldu Ər-Riyadda sarı çiçəklərlə qarşılandı – VİDEO

Ronaldu Ər-Riyadda sarı çiçəklərlə qarşılandı – VİDEO backend

Bir neçə gün öncə Səudiyyə Ərəbistanın “Əl Nəsr” klubu ilə müqavilə imzalamış Kriştianu Ronaldu Ər-Riyada gəlib.

Burada onu komandanın azyaşlı azarkeşləri qarşılayıblar.

Müvafiq görüntüləri ulduz futbolçu özünün sosial şəbəkə səhifəsində yayıb.

“Səmimi qəbula görə Ər-Riyada təşəkkür edirəm! Bu axşam sizi stadionda gözləyirəm”, - portuqaliyalı forvard yazıb.

Hücumçu artıq “Əl Nəsr”də tibbi müayinədən də uğurla keçib. 37 yaşlı futbolçu tibbi müayinədən fotosunu yayımlayıb.

Qeyd edək ki, Ronaldunun “Mrsul-Park” stadionundakı təntənəli təqdimat mərasimi artıq başlayıb.Tədbirdə təxminən 30 min tamaşaçının iştirakı gözlənilir.

loading...
Diaspora