Messi və Ronaldo yenidən üz-üzə gəlir

Messi və Ronaldo yenidən üz-üzə gəlir backend

Lionel Messi və Kriştianu Ronaldu 2020-ci ilin dekabrından bəri ilk dəfə meydanda qarşılaşa bilər. Onların görüşü portuqaliyalının keçdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə argentinalının 2021-ci ildən çıxış etdiyi Fransanın PSJ-si arasında keçiriləcək yoldaşlıq görüşündə baş tutmalıdır.

“RMC Sport” xəbər verir ki, bu klublar gələn ay yoldaşlıq oyunu keçirəcək.

Messi və Ronaldu sonuncu dəfə Çempionlar Liqasında “Yuventus” və “Barselona”nın tərkibində bir-birlərinə qarşı oynayıblar. Belə ki, iki il öncə turinlilər “Barselona”nı darmadağın edib (3:0), portuqaliyalı hücumçu dubla imza atıb.

Qeyd edək ki, oyun Səudiyyə Ərəbistanında baş tutacaq.

loading...
Diaspora