Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatında bu gün sərbəst üsulla güləşən pəhləvanlar mübarizəyə qoşulacaq.
Trend xəbər verir ki, bu növdə ilk olaraq döşək üzərinə təmsilçilərimizdən Gəncə güləş məktəbinin yetirməsi Toğrul Əsgərov çıxacaq.
Olimpiya çempionu 65 kq çəki dərəcəsində qalib olmağa çalışacaq.