Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvarından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 85 min nəfərə çatıb. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 85 mininci üzvü AFFA-nın U-12 Liqasının iştirakçısı, “Neftçi”nin üzvü, 2004-cü il 9 sentyabr təvəllüdlü Elcan Rəşid oğlu Əbilovdur.