Elm və Təhsil Nazirliyinin qalibi olan Füzuli rayon Qayıdış qəsəbə 6 №-li tam orta məktəb müəllimi Mirdamət Quliyevin layihəsi olan “Böyük Qayıdış” futbol çempionatı layihəsi uğurla davam edir.
Ednews xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin Təhsil də inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalib gəlmiş layihələrdən biri olan “Böyük Qayıdış” futbol çempionatında finalçılar məlum olub.
Beynəlxalq Avarsiya Mətbuat Fondunun dəstəyi ilə şagirdlərin və yeniyetmələrin ixtiyarına verilmiş futbol meydançasında keçrilən yarışda finala “Qayıdış” 6№-li ilə UGİŞM futbol komandası vəsiqə qazanmışdır.
Qeyd edək ki, bu mərhələdə layihədə qızlarda yarışlara qatılıb.