Madrid "Real"ı portuqaliyalı hücumçusu Kriştianu Ronaldudan ayrılmaq niyyətində deyil. APA TV-nin "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bunu klubun prezidenti Florentino Peres açıqlayıb.
O bildirib ki, ulduz futbolçunu satışa çıxarmayıblar. Peres həmçinin qeyd edib ki, Fransanın "PSJ" komandası portuqaliyalının xidmətində maraqlıdır."Fransızlar öz heyətlərini gücləndirmək istəyirlər. Onlar Ronaldunu yalnız biz qoyduğumuz qiymətə ala bilərlər" - deyə "Kral klubu"nun rəhbəri əlavə edib.
Florentino Peres qiyməti də açıqlayıb. İspanlar Kriştianu Ronalduya görə 1 milyard avro tələb edirlər.
"Futbolda hər şey ola bilər. Lakin biz Ronaldu ilə yolları ayırmaq düşüncəsindən uzağıq. Onunla müqaviləni 2016-dan sonra da uzatmaq istəyirik" - deyə Peres bildirib.