Lionel Messinin gözü 2026-cı il dünya çempionatında

Lionel Messinin gözü 2026-cı il dünya çempionatında backend

2022-ci il dünya çempionatında qələbə qazanan Argentinada Lionel Messinin milli komandadakı gələcəyi qeyri-müəyyən qalarkən, daha bir argentinalı əfsanə ulduz futbolçu ilə söhbətlərini açıqlayıb.

Messinin milli komandadakı gələcəyi müzakirə olunsa da ulduz futbolçu hələ təqüdə çıxmaq üçün qərar vermədiyini, futbol oynamaqdan həzz aldığını söyləyib. 

Lionel Messinin Argentina millisindəki gələcəyi ilə bağlı daha bir əfsanədən təəccüblü açıqlama gəlib.

Argentina millisinin 1986-cı ildə dünya çempionatının qalibi olan heyətində yer alan Xorxe Valdano Lionel Messi ilə  müsahibədən danışıb.

Müsahibədən sonra Valdano kameralar sönəndən sonra Lionel Messi ilə olan söhbəti danışıb.

Valdano: "Onunla kamera arxasında danışdıq. Messi 5-ci dəfə Dünya Çempionatında oynayacağını və 6 turnirdə heç bir oyunçunun oynamadığını söylədi. O, mənə: "Əgər mən  dünya çempionu olsam növbəti Dünya Kubokuna qədər oynamağa davam edəcəyəm".

2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatında Lionel Messinin 39 yaşı olacaq. Ulduz oyunçu növbəti turnirdə çıxış edərsə, 6 müxtəlif dünya çempionatında çıxış edən ilk oyunçu kimi qeyd olunacaq.

QAZİLER.AZ

Mənbə: NTVSpor

 

loading...
Diaspora