Argentina millisinin əldə etdiyi gəlir məlum oldu

Argentina millisinin əldə etdiyi gəlir məlum oldu backend

2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi olan Argentina FİFA tərəfindən paylanacaq mükafatla birgə 52 milyon dollar gəlir əldə edəcək.

Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, ESPN-in xəbərinə görə, Argentinanın finala qədər olan qazancı 30 milyon dollar olub. Argentinalıların çempionluq mükafatı olaraq daha 12 milyon dollar alacağı bildirilir.

Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Dominqesin verdiyi açıqlamada deyilir:

"Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alejandro Dominqes sosial media hesabında çempionluq mükafatı olaraq argentinalılara əlavə 10 milyon dollar ödəniləcəyini açıqlayıb. Beləliklə, Argentina ümumilikdə 52 milyon dollar mükafat alacaq".

QAZİLER.AZ