Qətərdə futbol üzrə 2022-ci il dünya çempionatının rəsmi bağlanış mərasimi keçirilib.
Tədbir final matçının oynanılacağı Lusail stadionunda baş tutub.
Mərasimdə bir sıra dünya liderləri, o cümlədən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Maraqlı görüntülərin yaşandığı tədbirdən sonra mundialın həlledici qarşılaşması baş tutacaq.
Dünya çempionu adı uğrunda Argentina və Fransa milliləri yarışacaqlar.




