Mərakeşli futbolçu 325 min avronu kasıblara paylayacaq

Mərakeşli futbolçu 325 min avronu kasıblara paylayacaq backend

"Çelsi"nin və Mərakeş millisinin yarımmüdafiəçisi Hakim Zieş öz ölkəsinin kasıb təbəqəsinə 325 min dollar yardım edəcək.

Qaziler.az bildirir ki, bu barədə Sports.ru mərakeşli jurnalist Xalid Beyduna istinadən xəbər verib.

Zieş 2015-ci ildən Mərakeş millisində oynamaq üçün pul götürmür. O, millidə oynamaqdan əldə etdiyi bütün gəliri xeyriyyə işlərinə sərf edir.

Xatırladaq ki, DÇ-2022-də Mərakeş millisi  yarımfinala qədər yüksələ bilmiş, lakin Fransa millisinə 0:2 hesabı ilə məğlub olub. Üçüncü yer uğrunda görüşdə afrikalılar dekabrın 17-də Xorvatiya ilə qarşılaşacaq.

QAZİLER.AZ

 

 

Diaspora