Türkiyə yığması üçün yarışan azərbaycanlı atlet Ramin Quliyev 200 metrə qaçış üzrə Türkiyə rekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, Quliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Dünya Challenge” yarışlarında 200 metr məsafəni 19.88 saniyəyə qaçaraq yeni rekord müəyyənləşdirib.
Həmyerlimiz bu nəticə ilə bu ilin 6-cı, bütün zamanların isə 34-cü ən yaxşı nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, bundan əvvəlki rekord da həmyerlimizə məxsus idi. O, Pekində keçirilən dünya çempionatında 200 metri 20.01 saniyəyə qaçaraq bundan əvvəlki ən yaxşı nəticəni təyin eləmişdi.