Mərakeş millisi DÇ-2022-nin Fransa ilə oyununu idarə edən hakimlərlə bağlı FİFA-ya şikayət edib.
Mərakeş Kral Futbol Federasiyası (FRMF) 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının yarımfinalında Fransa ilə olan matçın hakimliyi ilə bağlı Beynəlxalq Futbol Federasiyasına (FİFA) şikayət edib.
Qaziler.az bildirir ki, bu barədə “Footmercato” məlumat yayıb.
FRMF hesab edib ki, görüşün baş hakimi meksikalı Sezar Ramos Fransanın qapısına iki penalti təyin etməyib. Onların fikrincə, müdafiəçi Teo Ernandes yarımmüdafiəçi Sofian Bufaleylə bağlı qaydanı pozub və Əşrəf Darinin yıxılmasından sonra da qayda pozuntusu qeydə alınmayıb.
QAZİLER.AZ