Dekabrın 14-də Qətərin ev sahibliyi etdiyi 2022-ci il futbol üzrə dünya çempionatının 1/2 final mərhələsi çərçivəsində Fransa yığması Mərakeşi məğlub edib (2:0).
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi görüşün nəticəsini şərh edib. Mütəxəssisin sözlərinə görə, komandası birinci hissədə uğursuz çıxışı ilə yekun nəticəyə təsir edib.
"Biz isinmə hərəkətində Agerdi itirdik. Saiss və Mazraui də ikinci hissəyə çıxa bilmədilər. Bizim üçün böyük itki idi, lakin oynayanlar əllərindən gələni etdilər. Birinci hissədəki itkilərlə finala çıxa bilməzdik. Fasilədən sonra hər şey daha yaxşı oldu. Lakin qol vura bilmədik, komanda, əksinə, ikinci qolu buraxdı”, - baş məşqçi deyib.
QAZİLER.AZ