Mərakeş yığmasının baş məşqçisi Valid Reqraqi bildirib ki, komanda dünya çempionatının finalına yüksəlməklə kifayətlənəcək.
Qaziler.az Lenta.ru-ya istinadən bildirir ki, futbol üzrə Mərakeş milli komandasının baş məşqçisi Valid Reqraqi matçlarda topa sahiblik faizi az olduğu üçün komandasının futbolçularına ünvanlanan tənqidlərə özünəməxsus cavab verib.
“Əgər qapıya cəmi iki zərbə vurmusunuzsa, bunda yaxşı bir şey yoxdur. Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantinodan xahiş edəcəm ki, topa sahiblik 60%-dən çox olarsa, xal əlavə etsin”, - deyə məşqçi bildirib. O əlavə edib ki, Fransa yığması ilə yarımfinal görüşündə mərakeşli futbolçular öz üslubunda oynayacaqlar.
QAZİLER.AZ