Qalmaqallı ispaniyalı hakim DÇ-2022-də işini yekunlaşdırıb

Qalmaqallı ispaniyalı hakim DÇ-2022-də işini yekunlaşdırıb backend

İspaniyalı hakim Antonio Miguel Mateu Laos 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının oyunlarında daha iştirak etməyəcək.

Qaziler.az vesti.kz-ya istinadən bildirir ki, bu barədə Tiempo deJuego məlumat yayıb.

Qeyd edək ki, 45 yaşlı ispaniyalı DÇ-2022-nin 1/4 final mərhələsinin Hollandiya və Argentina yığmaları arasında keçirilən oyununu idarə edib və ümumilikdə 17 sarı vərəqə göstərərək dünya çempionatının antirekorduna imza atıb.

Sözü gedən matçdan əvvəl Laos turnirin finalında işləyəcək əsas namizədlərdən biri hesab olunsa da  FİFA Qətərdəki oyunların hakimliyini daha ona etibar etməməyə qərar verib.

QAZİLER.AZ

Diaspora