Ronaldo futbol üzrə Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santosla münaqişəyə görə dünya çempionatını tərk etmək istədiyi ilə bağlı yayılan məlumatı təkzib edib.
Qaziler.az bildirir ki, hücumçu Kriştiano Ronaldo 2022-ci il dünya çempionatını tərk etmək istəyi ilə bağlı məlumatların yayılmasından sonra Twitter-də açıqlama verib.
"Biz rəqibə bizi məğlub edə bilməsinə imkan verməyəcək qədər cəsur xalqıq. Biz sözün əsl mənasında bir komandayıq” deyə vurğulayan Ronaldo əlavə edib ki, Portuqaliya millisində arzuları uğrunda sona qədər mübarizə aparacaq .
QAZİLER.AZ