Ulduz futbolçu tərcüməçinin hərəkətinə mat qaldı

Ulduz futbolçu tərcüməçinin hərəkətinə mat qaldı backend

Qətərdə keçirilən Dünya Kubokunda tərcüməçi hərəkəti ilə ulduz futbolçunu təəccübləndirib.

Qaziler.az xəbər verir ki, Braziliya-Xorvatiya oyunundan əvvəl Cənubi Amerika millisinin mətbuat konfransı keçirilib. Konfransda Braziliya milli yığmasının ulduz futbolçusu Vinicius Cunior iştirak edib.

Belə ki, 22 yaşlı futbolçu sualları cavablandırarkən masaya bir pişik çıxıb və orada oturub. Bu hal hər kəs tərəfindən normal qarşılanıb. Lakin bir müəddətdən sonra futbolçunun tərcüməçisi masada oturan piyişə sığal çəkib və sərt şəkildə tutaraq onu yerə tullayıb.

Konfransda oturanlar, həmçinin futbolçunun özü də bu hərəkəti böyük təəccüblə qarşılayıblar.

QAZİLER.AZ

Diaspora