Ronaldonun bacısı Portuqaliya baş məşqçisini qardaşını alçaltmaqda ittiham edib

Ronaldonun bacısı Portuqaliya baş məşqçisini qardaşını alçaltmaqda ittiham edib backend

Kriştianu Ronaldonun bacısı Elma Aveyro Portuqaliya yığmasının baş məşqçisi Fernando Santosu qardaşını DÇ-2022-nin 1/8 finalında İsveçrə ilə oyunda əsas heyətdən kənarda qoyduğuna görə tənqid edib.

Qaziler.az vesti.kz-ya istinadən bildirir ki, Ronaldo meydana yalnız 74-cü dəqiqədə Joao Feliksi əvəzləyərək daxil olub.

"Bəli, Ronaldo əbədi deyil. Təəssüf ki, o, indi qol vurmur. Portuqaliyanın Ronaldoya ehtiyacı yoxdur. Onun etdiyi hər şey indi əhəmiyyətini itirib və unudulub. Komanda üçün bu qədər xeyir vermiş adamı təhqir etmək ayıbdır”, - deyə Elma sosial şəbəkə hesabında yazıb.

QAZİLER.AZ

Diaspora