Ağır nokaut və komadan sonra vətəninə dönən qazax boksçu qiymətli hədiyyə alıb - VİDEO

 Ağır nokaut və komadan sonra vətəninə dönən qazax boksçu qiymətli hədiyyə alıb - VİDEO backend

Qazax boksçu Aidos Yerbosınulı Qazaxıstana qayıtdıqdan sonra qiymətli hədiyyə alıb,

Qaziler.az Vesti.kz-a istinadən xəbər verir ki, Yerbosınulının vətənə qayıtması münasibətilə və hörmət əlaməti olaraq dostları ona at hədiyyə edib.

Noyabrın əvvəlində Yerbosınulı Minneapolisdə (ABŞ) super orta çəkidə (76,2 kiloqrama qədər) keçirilən WBA dünya çempionu kəməri uğrunda döyüşdə kubalı David Morrellə uduzmuşdu.

12-ci raundda Morrel Yerbosınulunu nokaut edib.  Beləliklə, qazaxıstanlı karyerasında ilk məğlubiyyətini alıb.

Bu qarşılaşmada kəllə-beyin travması alan qazaxıstanlı xəstəxanaya yerləşdirilib. Onu süni komaya salaraq əməliyyat ediblər.

Noyabrın sonunda boksçu səhhəti ilə bağlı açıqlama vermişdi.

QAZİLER.AZ

Diaspora