Ronaldonun oynayacağı yeni klubu bəlli olub

Ronaldonun oynayacağı yeni klubu bəlli olub backend

Portuqaliyalı futbolçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubu ilə razılığa gəlib.

Qaziler.az xəbər verir ki, bu barədə məlumat “Marca”nın dərc etdiyi xəbərdə yer alıb.

İspaniyanın “Marca” qəzetinin məlumatına görə, Ronaldo “Əl Nəsr” klubu ilə 2,5 illik müqavilə imzalayıb.

Portuqaliyalı ulduz futbolçunun bu müddət ərzində ümumilikdə 500 milyon avro qazanacağı qeyd edilib.

Kriştiano Ronaldonun yanvarın 1-dən etibarən 2,5 il "Əl-Nəsr" formasını geyinəcəyi gözlənilir.

QAZİLER.AZ

loading...
Diaspora