Pelenin qızı futbol əfsanəsinin səhhətinin təfərrüatlarını açıqlayıb
Dünyaca məşhur futbolçunun ölüm ayağında olması haqda bir çox KİV məlumatlarını onun qızı Flaviya təkzib edib.
Qaziler.az bildirir ki, bu barədə ESPN bildirib.
"Təxminən üç həftə əvvəl o, koronavirusa yoluxdu. O, bütün vaksinlərlə peyvənd olunsa da, xərçəng müalicəsi, kimyaterapiya səbəbindən ağciyər infeksiyasına yoluxub. Buna görə də xəstəxanaya yerləşdirildi" - deyə futbolçunun qızı söyləyib.
"Onun yaşına və xərçəngdən müalicəsinə görə vəziyyət ciddidir. Lakin o, reanimasiyada deyil, adi palatadadır. Onun reanimasiyada olduğunu və palliativ müalicə aldığını söyləməyə başlamaq çox ədalətsizlikdir. Bu doğru deyil. İnanın ki, hamıdan çox biz bu anın gəlməsini istəmirik. Nə vaxtsa bu baş verəcək, amma indi deyil”, - Flaviya bildirib.
QAZİLER.AZ