Yaponiya millisi Almaniyanı məğlub etdikdən sonra onlar üçün ayrılan soyunma otağında sərgilədikləri mədəniyyət görənləri heyran edib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, futbolçular soyunma otağını çox səliqəli və təmiz bir şəkildə tərk edib.
Üstəlik yaponların ənənəvi oriqami sənətindən maketlər də hazırlayıblar. Bir kağıza həm ərəb, həm də yaponca “Təşəkkür” qeydini qoyub çıxıblar.
Görüntülər sosial mediada insanlar tərəfindən sevgi və rəğbətlə qarşılanıb, sərhlərdə onlara təbrik mesajları yağıb.
QAZİLER.AZ