22 yaşlı kolumbiyalı futbolçu Andres Balanta məşq zamanı huşunu itirib və dünyasını dəyişib.
Qaziler.az bildirir ki, Argentinanın "Atletiko Tukuman" komandasının kolumbiyalı yarımmüdafiəçisi Andres Balanta 22 yaşında vəfat edib.
Bu barədə komandanın rəsmi saytında məlumat verilib.
Futbolçu məşq zamanı huşunu itirib. Xəstəxanaya çatdırılsa da, idmançınının həyatını xilas etmək mümkün olmayıb. Onun ölümünün səbəbləri açıqlanmır.
QAZİLER.AZ